ADU-nun tələbələri Rusiyada keçirilən olimpiadada iştirak ediblər

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tələbələri Fərid Rəcəbli, Vilayət Səmədzadə, Nicat Kazımov, Cəfərsadiq Pirverdiyev və müəllim Elşən İsayev “Bakı Atmosferi” komandası olaraq, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən “I Dünya müharibəsi tarixi” üzrə olimpiadada iştirak ediblər.
Rusiya Federasiyası Təhsil Nazirliyi, Qlazov Dövlət Mühəndislik və Pedaqoji Universiteti və “Mənim Tarixim” fondunun təşkilatçılığı ilə baş tutan yarışda 49 ölkədən 148 komanda və ümumilikdə 900-dən çox iştirakçı təmsil edib.
Həmin tələbələr III mərhələ üzrə təşkil olunmuş yarışda 148 komanda arasından seçilən ilk 80 komanda arasına vəsiqə qazanır, daha sonra ilk 28 komanda və 4/1 final mərhələsində 4-cü yer tutublar.
Yarımfinal və final mərhələsi Sankt-Peterburq şəhərində keçirilib.
Yarım final mərhələsində Azərbaycan Dillər Universitetini təmsil edən komanda finalda 3-cü yerin qalibi olub.