XƏBƏRLƏR

“Adət və ənənələr” mövzusunda tədbir keçirilib

11 dekabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının təşəbbüsü və İngilis-alman dilləri fakültəsinin 104A qrup tələbələrinin iştirakı ilə “Adət və ənənələr” (“Traditions and Customs”) mövzusunda tədbir keçirilib.

 Tədbirdə kafedra müdiri dosent Vüsalə Ağabəyli və kafedranın əməkdaşları iştirak edirdi. 

Tələbələr Böyük Britaniya, Yaponiya, Səudiyyə Ərəbistanı, Braziliya və əlavə olaraq Azərbaycanın adət-ənənələrini nümayiş etdiriblər.

Onlar Yaponiya mətbəxinə aid “Suşi” yeməyini, onlara xas rəqsləri, Səudiyyə Ərəbistandan isə qəhvə mədəniyyəti və milli rəqsini, Braziliyanın müxtəlif növ şirniyyatlarını və əyləncəli rəqslərini təqdim ediblər.

Sonda tədbiri yüksək qiymətləndirən kafedra müdiri, təşkilatçılığa görə kafedranın baş müəllimi İlahə Məmmədovaya və tələbələrə təşəkkürünü bildirib.