“Nizami yaradıcılığında təbiət motivləri” adlı elmi-seminar keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Təhsild
Tədbiri giriş sözülə Jalə Abdullayeva açıb.
205 B qrup tələbəsi Səlda Paşazadə Nizami Gəncəvi yaradıcılığı barədə çıxış edib. O, çıxışında N.Gəncəvinin yaradıcılığında təbiət motivlərini xüsusi vurğulayaraq “Yeddi gözəl”, “Sirrlər xəzinəsi” və “Leyli və Məcnun” kimi əsərlərindən təbiət hadisələrini əks etdirən nümunələr səsləndirib. “Xosrov və Şirin” əsərində isə onun su qıtlığına dair yazdığı misraları səsləndirərək çıxışına yekun vurub.
Digər tələbələr isə Nizami Gəncəvidən sonra yaşayıb yaratmış bir çox yazıçı və şairlərimizin həyat və yaradıcılıqlarından bəhs edib, onların yaradıcılığında təbiət hadisələrini tərənnüm edən misralar səsləndiriblər.
Çıxışlar zamanı Nəsirəddin Tusi yaradıcılığında təbiətşünaslıq elminə töhfələrdən bəhs edilib. Onun yalnız şərq deyil, həmçinin də qərb təbiətşünaslıq elminə böyük təsiri olduğu vurğulanıb.
Ardıcıllıqla Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Aşıq Ələsgər, Mikayıl Müşfiq, Səməd Vurğun, Əliağa Vahid, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfizadə və Məmməd Araz yaradıcılığından bəhs edilib.
Tələbələr Alman ədəbiyyatı nümayəndələrinin yaradıcılıqlarında naturalizm motivləri barədə çıxış ediblər.
213 B qrup tələbəsi Murad Əliyev almanca çıxış edərək, alman ədəbiyyatının görkəmli nümayəndələrinin təbiətlə bağlı əsərlərindən danışıb.
205 B qrup tələbəsi Əfsanə Ağayeva COP 29 tədbiri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra kafedra müdiri dosent Aida Sobor təbiətin qorunması barədə dəyərli fikirlərini səsləndirib.