İngilis dilinin leksikologiyası kafedrası "COP29 Azərbaycanın nüfuzunun göstəricisidir" mövzusunda seminar təşkil edib
Noyabrın 23-də İngilis dilinin leksikologiyası kafedrası "COP29 Azərbaycanın nüfuzunun göstəricisidir" mövzusunda onlayn formatda seminar keçirib. Seminarda kafedra əməkdaşları iştirak ediblər.
Seminarı giriş sözü ilə İngilis dilinin leksikologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov açıb. O qeyd edib ki, Prezident cənab İlham Əliyevin reallaşdırdığı strategiya sayəsində beynəlxalq arenada oyun qaydalarını öz xeyrinə dəyişən Azərbaycan artıq dünyanın iqlim gündəliyinin formalaşmasında yaxından iştirak edir. BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin davamlı inkişafının və onun dünya arenasında daha da artan nüfuzunun göstəricisidir. Həmçinin mötəbər tədbir "yasıl" texnologiyalara investisiyaların cəlbi və yeni ekoloji məqsədlərə çatmaq baxımından da mühüm imkandır. Yaşıl enerji növlərinin istehsal həcminin artırılması ölkəmizin enerji siyasətinin prioritet istiqamətdir.
Kafedranın əməkdaşlarından dosent Amil Cəfərov, fəlsəfə doktoru Sevinc Həsənova, dosent Dürrə Həşimova, baş müəllim Mülayim Bağırova, baş müəllim Təranə Zeynalova çıxış edərək bildiriblər ki, COP29 Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin dəstəklənməsi, eyni zamanda, xarici sərmayələr üçün cəlbedici ölkə olduğunu göstərməklə iqtisadi baxımdan son dərəcə faydalı olacaq. Digər tərəfdən bu tədbir yasıl keçid çərçivəsində yeni layihələrin maliyyələşməsi üçün beynəlxalq maliyyə institutları ilə əlaqələrin yaradılmasına, ölkəmizə yüksək texnologiyaların transferinin reallaşmasına təkan verəcəkdir.