XƏBƏRLƏR

ADU-nun müəllim və tələbələri beynəlxalq elmi-praktiki tələbə konfransında iştirak ediblər

21 noyabr, 2024

Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev, Pedaqogika kafedrasının müdiri, dos. Nigar Zeynalova və tələbələr Rusiya Federasiyasının Qroznı şəhərində beynəlxalq elmi-praktiki tələbə konfransında iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən dos. Nigar Zeynalova və Nicat Əliyev tədbirin əhəmiyyətindən və gələcək perspektivlərindən söz açıblar.

Tələbələr isə müəyyən edilmiş mövzular üzrə təqdimatlan çıxış ediblər. 

Beynəlxalq konfransın növbəti hissəsi Qroznı şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib.

Tədbirdə çeçen tələbələr Azərbaycanın tanınmış şairlərinin şeirlərindən müxtəlif bəndlər söyləyib, Azərbaycanın mədəniyyəti barədə fikirlarini bölüşüblər.

Görüş zamanı hər iki universitetin nümayəndələri tərəfindən multikultural təhsil haqqında müzakirə aparılıb.