Onlayn formatda master-klass keçirilib
![](/images/article/8994/thumb.jpg?2024-11-14+16%3A04%3A26)
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Diplomatik xarici dillər kafedrasının və Rusiyanın “Drujba Narodov” (РУДН) Universitetinin birgə təşkilatçılığı ilə master-klass keçirilib.
Master-klassda ADU-nun professor və müəllim heyəti, Rusiyanın “Drujba Narodov”-(РУДН) universiteti tərəfindən isə Türkşünas tələbələr və müəllimlər iştirak ediblər.
İlk çıxış edən Diplomatik xarici dillər kafedrasının müdiri, professor Nərgiz Seyidova tədbirin dövlətimiz üçün önəmli vaxtda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasının günlərində keçirildiyini qeyd edib, iştirakçılara uğrlar arzulayıb.
Kafedranın dosenti Nüşabə Allahverdiyeva Türkiyə Cümhuriyyətinin 101-ci ildönümünə həsr olunmuş mühazirə ilə çıxış edib. Natiqin çıxışında türk folkloru və türklərin ilkin dini təsəvvürləri ilə bağlı məsələlərə toxunulub və Dədə Qorqud qəhrəmanlıq eposunun timsalında türkdilli etnogenezin formalaşması barədə fikirlər söylənilib.
Mühazirədə Mustafa Kamal Atatürkün şəxsiyyəti və onun keçirdiyi islahatlar haqqında olan çıxış xüsusi maraq doğurub.
![](/images/article/8994/gal27400.jpg?2024-11-14+16%3A04%3A26)
![](/images/article/8994/gal27401.jpg?2024-11-14+16%3A04%3A26)
![](/images/article/8994/gal27402.jpg?2024-11-14+16%3A04%3A26)
![](/images/article/8994/gal27400.jpg?2024-11-14+16%3A04%3A26)
![](/images/article/8994/gal27401.jpg?2024-11-14+16%3A04%3A26)
![](/images/article/8994/gal27402.jpg?2024-11-14+16%3A04%3A26)