ADU-da COP29-la bağlı nümunəvi dərs keçirilib
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti Könül Fərəcbəylinin və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə 214-cü qrupda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı "Azərbaycan ekoloji turizminin dünəni və bügunü" mövzusunda nümunəvi dərs keçirilib.
Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti K. Fərəcbəyli nümunəvi dərsi giriş sözü ilə açaraq qlobal tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətindən bəhs edib və COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın dünya birliyinin ölkəmizə qarşı olan böyük etimad və inamının göstəricisi olduğunu bildirib.
Daha sonra magistrantlar Günel Məmmədli “The Summary Conference of the Parties and its key themes in Azerbaijan”, Nərmin Səfərova “Statistics on climate change and its causes”, Sevinc Xudaverdiyeva “The role of environmentally friendly cars in protecting the green world”, Nazənin Hümbətova “Fərdi karbon ayaq izimiz”, Leyla Həbiyeva “Təkrar emal”, İlknur Yusifova "Ekologiya sahəsində beynəlxalq əməkdaşlıq və dövlət siyasəti" mövzularında video təqdimatla çıxış ediblər.
Sonda dos. K.Fərəcbəyli magistrantlara hazırladıqları nümunəvi dərsə görə öz minnətdarlığını bildirib və onlara sertifikat təqdim olunacağını da qeyd edib.