Onlayn formatda müştərək dərs keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi Aytac Rüstəmli ilə Sumqayıt Dövlət Universitetinin (SDU) Filologiya fakültəsinin müəllimi fil.f.d.Mətanət Məhərrəmovanın birgə telekörpü formatında müştərək onlayn dərsi olub.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”fənni üzrə keçirilən dərsin mövzusu “İşgüzar və akademik kommunikasiya” olub.
Dərsdə ADU-nun Təhsil 1 fakültəsinin IV kurs tələbələri- Tərgül Məmmədxanova, Rəhilə Təhməzova, Nazənin Məmmədli, Ulduz Nağızadə, Ləman Əmirxanlı, Zeynəb Quliyeva, Səadət Aslanova və SDU-nun Mühəndislik fakültəsinin I kurs tələbələri mövzu ətrafında təqdimatla çıxış ediblər.
ADU-nun tələbəsi Tərgül Məmmədxanova, eyni zamanda “Zəfər günü”ilə bağlı təqdimatla da çıxış edib.
Dərsdə, həmçinin şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.