“Ağ ölümə yox deyək” adlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəylinin təşəbbüsü, kafedranın baş müəllimi Tahirə Zairovanın təşkilatçılığı ilə “Ağ ölümə yox deyək” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Linqvokulturologiya kafedrasının müəllimləri- dos.T.Quliyev, dos.E.Fərəcova, fil.f.d.E.Hasanquliyeva, b/m.S.Orucova, b/m.İ.Məmmədova, L.Aslan, İngilis və fransız dilləri fakültəsinin üçüncü kurs 321A qrup tələbələri iştirak ediblər.
Tədbirdə insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə, həyatı iflic edən narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparmaq şüarı səsləndirilib.
Tələbələr narkotik maddələrin insan orqanlarına təsirini əyani şəkildə nümayiş etdiriblər.