Linqvokulturologiya kafedrasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU)
Təbirdə İngilis və Fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva, Linqvokulturologiya kafedrasının müdiri və kafedra üzvləri iştirak edib.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra 44 günlük Vətən müharibəsinin şəhidləri 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan kafedranın baş müəllimi fil.f.d. Aynur Məmmədzadə Zəfər bayramının Azərbaycan xalqı üçün ən şanlı və tarixi günlərdən biri olduğunu qeyd edib. Tədbirin aparıcıları- 326A qrupunun tələbəsi Hüseyn Qazəliyev və 326B qrupunun tələbəsi Qənirə Məmmədova Azərbaycan və ingilis dillərində 44 günlük Vətən savaşı haqqında geniş məlumat verib.
Tədbirdə 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videotəqdimatlar nümayiş etdirilib. 326A qrupunun tələbələri Günel Hətəmova, Humay Mirzəzadə, Zeynəb Nağıyeva, Səbinə Novruzova, Röya Qafarova, Pərviz Rüstəmzadə, 326B qrupunun tələbələri- Əli Allahverdiyev, Sabit Məhərrəmov, Gülzar Məmmədova, Aygün Zurnayeva və digərlərinin ifasında şeirlər səsləndirilib,
İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva çıxış edərək, I və II Qarabağ müharibəsi dövründə ordumuzun və xalqımızın göstərdikləri qəhrəmanlıq və fədakarlıqlarından bəhs edib. Dekan bu tarixi günü kədər və sevinc hissi ilə qeyd etdiyini bildirib. Çıxışı zamanı vətən uğrunda həlak olmuş şəhidlər və eləcə də, igid qazilərimiz haqqında bəhs edərkən vurğulayıb ki, onların qəhrəmanlığı əvəzsizdir və onların ailə üzvlərinə ömürboyu borcluyuq.
Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli böyük qələbənin əsrlərə bərabər 44 gündə yazılan möhtəşəm Zəfər olduğunu, xalqımızın işğal altında olan torpaqlarının qaytarılması ilə tarixi ədalətin bərqərar olduğunu bildirib. O, həmçinin 44 günlük Vətən müharibəsində, qəhrəman şəhidlər və qazilərimizlə daim qürur duyduğumuzu qeyd edib.
Tədbir tələbələrin iştirakıyla ədəbi-bədii kompozisiya ilə başa çatıb.