ADU-nun professorları Qazaxıstanda işgüzar səfərdə olublar
Azərbaycan Dillər Universitetinin Belarus dili və mədəniyyəti mərkəzinin müdiri, professor Məmməd Əliyev və İngilis dilinin leksikologiyası kafedrasının müdiri vəzifəsini icra edən, professor Fikrət Cahangirov Qazaxıstan Respublikasının Şimkent Universitetinin dəvəti ilə 20-24 oktyabr 2024-cü il tarixlərində sözügedən universitetdə işgüzar səfərdə olublar.
Səfər çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın adından Şimkent Universitetinin rektoru, professor Nurlıbek Seitkulov ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən qarşılıqlı təcrübə mübadiləsi, professor-müəllim heyətinin və eləcə də tələbələrin mobillik proqramları, müstərək elmi-praktik konfransların keçirilməsi nəzərdə tutulub.
Professor-müəllim heyətinin mobillik proqramına uyğun olaraq professor, fəlsəfə elmləri doktoru Məmməd Əliyev və professor, filologiya elmləri doktoru Fikrət Cahangirov Şimkent Universitetinin İngilis filologiyası və Rus filologiyası tələblərinə Azərbaycan multikulturalizmi modeli, Azərbaycanın 44 günlük vətən müharibəsi, dövlətimizin dil siyasəti, dil və mədəniyyət mövzuları üzrə mühazirələr deyiblər.
Proqrama uyğun olaraq Qazaxıstan Respublikasının Türkistan şəhərinə səfər edilib və orada yerləşən Ahmet Yesevi Türk-Qazax Universitetində görüşlər keçirilib.