“Disleksiya Maarifləndirmə ayına” həsr edilmiş seminar keçirilib
01 noyabr, 2024
Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində disleksiya mütəxəssisi Ülviyyə Qasımovanın iştirakı ilə maarifləndirici seminar keçirilib.
Keçirilən seminar “Disleksiya Maarifləndirmə ayına” həsr edilib.
Giriş nitqi ilə açan Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova seminarın əhəmiyyətindən danışıb.
Seminarda inklüziv təhsil sahəsində görülmüş işlər, perspektivlər barəsində ətraflı məlumat verilib.
Seminar iştirakçıların mövzu ilə bağlı müzakirələri ilə yekunlaşıb.