“Atatürk deyir ki...” adlı kitab Türk dilindən Azərbaycan dilinə tərcümə olunub
01 noyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli tərəfindən Akıl Aksanın müəllifi olduğu “Atatürk deyir ki...”
Cəlal İbrahimlinin tərcümə etdiyi kitab “Sim-sim” yayın evində nəşr olunub.
Kitabda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün müxtəlif vaxtlarda etdiyi çıxışlar, İstiqlaliyyət Mübarizəsinə verdiyi töhfələr öz əksini tapıb.
Sözügedən kitabda Atatürkün azadlıq uğrunda verdiyi qurtuluş savaşından, milli hədəflərindən, dəyərli fikirlərindən bəhs olunarkən, bu fikirlərin Ulu Öndər Heydər Əliyevin “Bir millət-iki dövlət” ideyalarında birləşdiyi də qeyd olunub.