XƏBƏRLƏR

“ Qalibiyyətin təntənəsi” adlı tədbir keçirilib

30 oktyabr, 2024

Azərbaycan Dillər Universitetində Magistratura, Doktorantura və Elm şöbələrinin birgə təşkilatçılığı ilə zəfər gününə həsr olunmuş “Qalibiyyətin təntənəsi” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən söz açıb.

Magistratura şöbəsinin dekanı, dosent Firuzə Rzayeva 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən və bu tarixi qələbənin sevincindən bəhs edib.

Tədbirin Vətən müharibəsi iştirakçısı olan qonağı – Xüsusi təyinatlı qazi (XTQ ) Ceyhun Sadrayev müharibə ilə bağlı xatirələrindən və döyüş yoldaşları ilə göstərdikləri şücaətdən danışıb.

Tədbirdə XTQ qazi Ceyhun Sadrayevin “Qalibiyyətin təntənəsi” adlı qısa metrajlı filminin təqdimatı olub.