XƏBƏRLƏR

“Böyük Britaniyanın dünəni və bugünü” adlı təqdimat keçirilib

30 oktyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU)  Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəylinin təşəbbüsü, kafedranın baş müəllimi Elnarə Hasanquliyevanın təşkilatçılığı və 304A/B qrupunun iştirakı ilə Ölkəşünaslıq fənni çərçivəsində “Böyük Britaniyanın dünəni və bugünü” adlı təqdimat keçirilib.

 Tələbələr Böyük Britaniyanın tarixini mərhələli şəkildə ingilis dilində prezentasiyalarla təqdim ediblər. Həmçinin, Böyük Britaniyanın tarixində qadınların rolu, kütləvi informasiya vasitələri, hazırki dövlət quruluşu və s. mövzularda təqdimatlar nümayiş olunub. Mövzuların əksəriyyətini kiçik səhnələrlə təqdim edən tələbələrin həm hazırlığı, həm yaradıcılığı maraq doğurub.

Sonda Linqvokulturologiya kafedrasının müdiri dosent V.Ağabəyli tələbələrin bir-birindən rəngarəng təqdimatlarının, yaradıcı təfəkkürlərinin təqdirəlayiq olduğunu bildirib və vurğulayıb ki, onların yüksək səviyyədə çıxışları indiyədək keçirilən mövzuları mənimsədiyini təsdiq edir.