XƏBƏRLƏR

Psixologiya kafedrasında COP29-la bağlı tədbir keçirilib

29 oktyabr, 2024

Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasında COP29-la bağlı tədbir keçirilib.

 Tədbir təhsildə sosial-psixoloji xidmət ixtisasında təhsil alan 4-cü kurs tələbələrinin  iştirakı ilə keçilib, kafedranın əməkdaşları, müəllimlər iştirak ediblər.

Tədbirdə iştirakçılar tərəfindən “COP nədir?”, “COP-un tarixi və əhəmiyyəti”, “COP-un əsas məqsədləri”, “COP 29-un Azərbaycana təsiri”, “COP 29-da qlobal gözləntilər”, “COP29-un Azərbaycan üçün gözləntiləri”, “İqlim dəyişikliklərinin təhlükələri”, “Turizmə təsiri və bu yolda bizim əsas hədəflərimizin nə olduğu” mövzularında müzakirə aparılıb.