Şəhid məzun Elvin Bayramovun məzarı ziyarət edilib
28 oktyabr, 2024
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin şəhid məzunu Elvin Bayramovun vəfatının IV il dönümü ilə əlaqədar, 26 oktyabr tarixində fakültənin dekan müavini dos.Namiq Kərimov və fakültənin ictimai fəal tələbələri şəhidin məzarını ailə üzvləri ilə birgə ziyarət edib, gül dəstələri qoyublar.
Onlar Şəhid Elvin Bayramovun keçdiyi həyat yolu və vətənpərvər bir gənc kimi yetişməsi ilə bağlı ailə üzvləri ilə söhbət aparıb, vətənə ləyaqətli övlad yetişdirdiyi üçün şəhidin anasına dərin minnətdarlıqlarını bildiriblər.