XƏBƏRLƏR

ADU və ÇDPU-nun birgə əməkdaşlığı ilə daun sindromlu uşaqlar üçün tədbir keçirilib

28 oktyabr, 2024

Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr arasında inklüziv təhsil şəraitində işləməyə hazırlığın və inklüziv mədəniyyətin inkişafına yönəlmiş effektiv pedaqoji strategiyaların hazırlanması" layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının kollektivi Çeçenistan Dövlət Pedaqoji Universitetinin bir qrup müəllim-tələbə heyəti  ilə birgə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində qonaq olublar. Onlar "Daun sindromlu uşaqlarla bir gün" adlı tədbir keçiriblər.

Tədbirin əsas məqsədi ÇDPU və ADU tələbələri arasında inklüziv mədəniyyət formalaşdırmaqdan ibarətdir.

Tədbir daun sindromlu uşaqların öyrədilməsi və tərbiyəsinə, o cümlədən sosiallaşması, cəmiyyətə inteqrasiyasına həsr edilib.

Bildirilib ki, sadalanan proseslərin praktiki təşkili aktual problemdir. Hazırda hər bir uşağın təhsil almaq hüququnun təmin edilməsi istiqamətində ciddi iş aparılır.