XƏBƏRLƏR

ADU və ÇDPU-nun birgə əməkdaşlığı ilə tədbir keçrilib

28 oktyabr, 2024

“Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr arasında inklüziv təhsil şəraitində işləməyə hazırlığın və inklüziv mədəniyyətin inkişafına yönəlmiş effektiv pedaqoji strategiyaların hazırlanması" layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının kollektivi Çeçenistan Dövlət Pedaqoji Universitetinin bir qrup müəllim-tələbə heyəti  ilə birgə Autizm Mərkəzində qonaq olublar. Onlar “Autizm spektr pozuntusu olan uşaqlarla bir gün” adlı tədbir keçiriblər.

Tədbirin əsas məqsədi ÇDPU və ADU tələbələri arasında inklüziv mədəniyyət formalaşdırmaqdan ibarətdir.

Tədbir autizmli uşaqların öyrədilməsi və tərbiyəsinə, o cümlədən sosiallaşması, cəmiyyətə inteqrasiyasına həsr edilib.

Bildirilib ki, sadalanan proseslərin praktiki təşkili aktual problemdir. Müasir dövrdə hər bir uşağın təhsil almaq üçün bərabər imkanlarının təmin edilməsi istiqamətində ciddi iş aparılır.