“Alman dili günü”nə həsr edilmiş tədbir keçirilib

Alman Dili Birliyinin Azərbaycanda rəhbəri Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Gülənbər Pirnəzərovanın təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində “Alman dili günü”nə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə 53 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri Fatimə Şıxaliyeva və Aylin Qasımzadə, Hacıqabul rayonu Ağacanlı kənd orta məktəbinin şagirdləri Aysan Abbaszadə, Fatimə Həşimli, Zeynəb Qubadzadə, Məleykə Səfərova, həmin məktəbin alman dili müəllimi Vüsalə Ağaliyeva, Zirvə liseyinin şagirdləri Əminə Axundzadə, Leyla Mailova, Zəhra Rəsulova, Mədinə Mehdizadə, Mədinə Mikailova, Mədinə Rüstəmli, Əsmər Əlizadə, Elay Həsənli, Səma Ədilova, Ümid Hacıbalazadə, Hilay Seyidzadə, həmin məktəbin alman dili müəllimləri- Günel Yahyayeva, Xalidə Abdıyeva, Abşeron rayon Xırdalan şəhər 1 saylı tam orta məktəbin şagirdləri Məsumə Mustafazadə, Xədicə Səftərova, Yusif Zamanlı, Əli Mirzazadə, Zəhra Musayeva, həmin məktəbin alman dili müəllimi Sevinc Musayeva, 18 saylı orta məktəb şagirdləri- Duyğu Paşazadə, Aydan Oruclu, Fərəh Abbaszadə, Ayla Əliyeva, Seyid-Fatimə Əşrəfova, həmin məktəbin alman dili müəllimi Pərvanə Kərimova, Qubadlı rayon Muradxanlı kənd orta məktəbinin 11-ci sinif şagirdi Murad Mansurov, Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin tələbələri- Rəşidə Heydərova, Fatimə Əliyeva, Xədicə Heydərova, Fidan İbrahimova, Leyla Zeynallı, Qalib Qurbanzadə, həmin tələbələri hazırlayan Amalya Nəzərova, Azərbaycan Dillər Universitetinin İngilis və alman dilləri fakültəsinin tələbələri- Abdullah Məmmədli, Əfsanə İbiyeva, Riad Quliyev iştirak ediblər.
Alman Dili Birliyinin Azərbaycandakı rəhbəri Gülənbər Pirnəzərova çıxışında günün önəmi haqqında danışarkən, universitetdə hər il qeyd olunduğunu bildirib.
Tədbir haqqında fikirlərini bölüşən rektor köməkçisi Anar Osmanlı tədbirin hazırlanmasında universitetlə məktəblərin birgə işbirliyini təqdirəlayiq hesab edib.
Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını əsas tutaraq Xəyalə Musayeva tədbirdə dahi şair və mütəfəkkirin qəzəlini alman dilində səsləndirib.
Tələbə və şagirdlərin ifasında alman şairlərinin şeirləri, alman xalq mahnıları dinlənilib.
Tədbirdə 8 saylı orta məktəb şagirdləri tərəfindən səhnələşdirilən xalq nağılı “Qırmızı papaq” nümayiş olunub.
Tədbirin sonunda Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Xuraman Əsgərova və Lətifə Qurbanova çıxışlarında tədbirin ərsəyə gəlməsinda əməyi keçənlərə təşəkkür ediblər. Tədbir təşəkkürnamə və hədiyyələr təqdimatı ilə yekunlaşıb.











