XƏBƏRLƏR

Türkiyə Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

25 oktyabr, 2024

Azərbaycan Dillər Universitetində (ADU) Türk Dünyası Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin moderatorluğu ilə keçən tədbirdə  çıxış edən Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç Azərbaycan – Türkiyə mədəni əlaqələrindən danışıb.

Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov “Türk dilində əlifba məsələsi” və “M.K.Atatürkün Türkiyə Cümhuriyyətinə gətirdiyi milli yeniliklər” haqqında çıxış edib.

Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosentləri Namiq Kərimovun “Sevr, Lozan və Möntrö anlaşmaları” və Qorxmaz Mustafayevin “Türkiyənin mədəni - iqtisadi əlaqələri” mövzularında məruzələri dinlənilib.

Türkiyə Cümhuriyyətinin 101 illiyi ilə bağlı Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzi tərəfindən tərcümə edilmiş Akil Aslanın “Atatürk Deyir Ki” kitabı dəyirmi masa iştirakçılarına təqdim olunub.

Tədbir Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin təşkilatçılığı ilə tələbələrin ifasında kompozisiya ilə davam edib.