XƏBƏRLƏR

ADU-nun müəllimi beynəlxalq simpoziumda iştirak edib

18 oktyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, fil.f.d. Aynurə Hüseynova  Türkiyənin İzmir şəhərində Ege Üniversiteti, Ədəbiyyat fakültəsi, Türk dili və ədəbiyyat bölümü tərəfindən İzmir şəhərində keçirilən “Türk Dünyası Modernləşməsi: II Türk Dünyasında Mətbuat” mövzusunda beynəlxalq simpoziumunda onlayn iştirak edib.

 Aynurə Hüseynova simpoziumda “SSR dövründə Azərbaycan mətbuatı: Siyasi təsirlər  və nəticələr” mövzusunda məruzə ilə çıxış edib.