“Tullantıların çeşidlənməsi” mövzusunda tədbir keçrilib

Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının baş müəllimləri Gülşən Əhmədova və Nailə Hüseynovanın təşkilatçılığı və 314a qrup tələbələrinin iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində COP29-a həsr olunmuş “Tullantıların çeşidlənməsi” mövzusunda tədbir keçrilib.
Tədbirdə İngilis və alman dilləri fakültəsinin dekan müavinləri fil.f.d. E.Putayeva və L.Həsənova iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan baş müəllim Gülşən Əhmədova tullantıların çeşidlənməsinin əhəmiyyətindən, ərtaf mühitə zərər verən və həddindən artıq zibillənməyə səbəb olan plastik qabların, torbaların ehtiyac olmadıqca istifadə edilməməsindən danışıb.
Tələbələr Almaniyada tullantıların çeşidlənməsinin yolları haqqında məlumat xarakterli faktlardan ibarət videoçarx təqdim ediblər.
Baş müəllim Nailə Hüseynova öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 28 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində 2009-cu il 3 noyabr tarixində təməli qoyulmuş və 2012-ci il 19 dekabr tarixində fəaliyyətə başlamış Suaraxanı qədəbəsində yerləşən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında məlumat verib.









