XƏBƏRLƏR

“Yaşıl dünya, yaşıl enerji” adlı dəyirmi masa keçirilib

18 oktyabr, 2024

Azərbaycan Dillər Universitetində (ADU) Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəylinin təşəbbüsü və kafedranın baş müəllimi Səidə Orucovanın təşkilatçılığı ilə “Yaşıl dünya, yaşıl enerji” adlı dəyirmi masa keçirilib.

Tədbirdə 101A qrup tələbələri  Nigar Vəliyeva və  Gülnar İsmayılova COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, belə tədbirlərin Azərbaycana verəcəyi töhfədən söz açıblar. 201A qrup tələbələri- Xədicə Baxşaliyeva və Aytac Məmmədova bundan öncə keçirilən Tərəflər Konfransı haqqında prezentasiya və eyni zamanda “Yaşıl enerji”, ətraf mühitin qorunması haqqında videoçarx təqdim etdiblər.

Sonda çıxış edən dosent N.Əsədov, Linqvokulturologiya kafedrasının təşkilatçılıq təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edib.

 Daha sonra dosent V.Ağabəyli, tədbirin əhəmiyyətini vurğulayıb və tələbələrə ətraf mühiti qorumaq kimi vacib missiyanı unutmamağı tövsiyə edib.