XƏBƏRLƏR

“Azərbaycan təmiz ətraf mühit va yaşıl artım ölkəsi kimi” mövzusunda dəyirmi masa keçirilib

18 oktyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU)  Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrası tərəfindən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) ilə bağlı “Azərbaycan təmiz ətraf mühit va yaşıl artım ölkəsi kimi” mövzusunda dəyirmi masa keçirilib.

 

Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dos. Sevinc Hüseynova dəyirmi masanı giriş sözü ilə açaraq qlobal tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətindən bəhs edib. Dos. S. Hüseynova çıxışında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın dünya birliyinin ölkəmizə qarşı olan böyük etimad və inamının göstəricisi olduğunu bildirib.

Dəyirmi masada Filologiya fakültəsinin dekanı prof. Həmidə Əliyeva və digər kafedra müdirləri qonaq qismində iştirak ediblər.

Dəyirmi masada Filologiya fakültəsinin tələbəsi Z.Qədməliyeva  “Azərbaycan təmiz ətraf mühit va yaşıl artım ölkəsi kimi” haqqında ümumi məlumat verib.

Daha sonra Filologiya fakültəsinin tələbələri- N. Məmmədova Azərbaycanın Beynəlxalq Təşəbbüslərdə İştirakı,  N.Orucəliyeva Azərbaycanda Yaşıllaşdırma Proqramları, N. Simanduyeva "Восстановление связи человека с природой- ключ к решению климатического кризиса",  S. Cavadova  Green world solidarity year in Azerbaijan,  G. Ehtibarova və B. Qədməliyeva  İctimaiyyətin ekoloji maarifləndirilməsi və sosial təşəbbüslər,  N. Abdurrahmanova isə  “Yaşıllaşdırma ölkəmizə nələri qazandıracaq?” mövzularında video təqdimatlarla çıxış ediblər.

Filologiya fakültəsinin dekanı prof. Həmidə Əliyeva dövlət başçısı tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin bu sahədə həyata keçirilən tədbirlərə mühüm töhfə verəcəyini qeyd edib. 

Dəyirmi masa müzakirələrlə davam edib.

Tədbirin sonunda isə Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dos. Sevinc Hüseynova tələbələrə sertifikatlar təqdim edib.