“Qarabağ və Zəngəzurun yaşıl enerji zonası kimi inkişafı” adlı dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) BMR fakültəsi nəzdində Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının,
Tədbirin moderatoru
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasova “Zəngəzur yaşıl enerji zonası kimi” mövzusunda çıxış edərək Zəngəzurun tarixi Azərbaycan torpağı olması və burada bərpa olunan enerji potensialından istifadə etməklə ərazinin ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin edilməsi perspektivləri haqqında məlumat verib.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aysel Nəhmətova “Azərbaycanın ekoloji və sosial davamlılıq siyasətində Qarabağın rolu” mövzusunda çıxışında Qarabağda günəş, külək enerjisi potensialı, su-hidroenerji balansı, istifadəyə verilmiş SES-lər, Azərbaycanda ilk ağıllı kənd olan Ağalı kəndinin yaşıl enerji ilə təmin olunması, regionun işıqlandırılmasında payı olan yerli və xarici şirkətlər haqqında məlumat verib.
Regionşünaslıq kafedrasının professoru Əli Məmmədov müzakirələrdə çıxış edərək, işğaldan azad edilmiş ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi əhəmiyyət verildiyini bildirib.