Tələbələr Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər
Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aygün Əliyeva və Sevinc Abbasovanın rəhbərliyi ilə “Azərbaycan tarixi” fənninin tədrisi ilə əlaqədar, İngilis və fransız dilləri fakültəsində təhsil alan I kurs, 123A, 123B, 123C və Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsində təhsil alan I kurs, 195i, 166i, 172i qrup tələbələri Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda ekskursiya keçiblər.
Mezolit dövrü yaşayış məskəni hesab olunan Qobustan ərazisindəki qayaüstü rəsmlər bəşər mədəniyyətinin tarixi yadigarıdır. Tələbələr ərazidə yerləşən Böyükdaş, Kiçikdaş, Cingirdağ, Yazılı təpə əraziləri haqqında məlumat əldə ediblər.
Tələbələr 2007-ci ildə UNESCO-nun Ümumdünya mədəni iris siyahısına daxil edilən qoruq-muzeylə yaxından tanış olublar.