Narkomaniya ilə bağlı maarifləndirici dəyirmi masa keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsində Xarici ölkələrə ədəbiyyatı, Avropa dilləri və Xarici dillərin tədrisi metodikası kafedralarının birgə
Tədbir cəmiyyətimiz üçün aktual olan narkomaniya ilə mübarizə mövzusunda gənclərin maarifləndirilməsinə yönəldilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun Filologiya fakültəsinin dekanı Həmidə Əliyeva mövzunun gənclərimiz üçün vacibliyini və narkotik asılılığının fəsadlarını vurğulayaraq, sağlam həyat tərzinin təşviq edilməsinin əhəmiyyətini qeyd edib.
Tədbirin qonağı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 20 saylı vəkil bürosunun müdiri, təcrübəli vəkil İlhamə Həsənova "Gənclər və narkotik asılılığı: Narkotik maddələrin qanunsuz dövriyyəsi və cəzalandırma tədbirləri" mövzusunda çıxış edərək, narkotik maddələrin təhlükələrini izah edib və tələbələri bu məsələlərdə diqqətli olmağa, qanunun sərtliyini nəzərə alaraq məsuliyyətli davranmağa çağırıb.
Eyni zamanda, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova da çıxış edərək, narkotik asılılığının "ağ ölüm" kimi tanınan ciddi bir təhlükə olduğunu və gənclərin sağlam gələcək uğrunda bu bəladan uzaq durmalarının vacibliyini vurğulayıb.
Müzakirələrlə davam edən tədbirdə tələbələr narkomaniya ilə mübarizənin vacibliyi və narkotik asılılığının cəmiyyətimizdə yaratdığı problemlər haqqında suallar verib və geniş fikir mübadiləsi aparıblar.