XƏBƏRLƏR

ADU-nun müəllimi treninqdə mühazirə oxuyub

14 oktyabr, 2024

Beynəlxalq Multikulturalizm Mərkəzi multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirməyə davam edir.  Bu kontekstdə  Quba Soyqırımı Memorial Kompleksi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müraciətinə əsasən, həmin qurumların əməkdaşları üçün 7-11 oktyabr tarixlərində onlayn qaydada  treninq keçirilib. 

 Treninqlər çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan Dillər Universitetinin Fəlsəfə və  ictimai elmlər kafedrasını baş müəllimi Leyla Haciyeva, İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri  Yadigar Məmmədli,  Azərbaycan Tarix Muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Əli Fərhadov və başqaları mühazirə oxuyublar.

 İştirakçılara “Azərbaycan multikulturalizmi fənninin predimeti və əhəmiyyəti”, “Dünya ölkələrində multikulturalizm modelləri”, “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin sosial-iqtisadi inkişafı“ ,”Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları”, “Çoxkonfessiyalılıq və Azərbaycan Respublikasının multikulturalizm siyasəti”, “Müasir dövrdə Azərbaycanda multikulturalizm” və digər mövzularda mühazirələr təqdim edilib.

 Treninqlər zamanı geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda treninqi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.