XƏBƏRLƏR

“Xəzər dənizi hövzəsinin çirklənməsi” mövzusunda dəyirmi masa keçirilib

14 oktyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq kafedrası və “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin təşkilatçılığı ilə “COP 29” layihəsi çərçivəsində “Xəzər dənizi hövzəsinin çirklənməsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Regionşünaslıq kafedrasının müdiri, prof. Sevdagül Əliyeva Xəzər dənizinin ekoloji vəziyyətinin aktuallığı ilə bağlı ümumi məlumat verib.

Tədbirdə Xəzər dənizində mövcud olan ekoloji problemlər haqqında AMEA–nın Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, ekoloq Gülnar Hacıyeva “İqlim dəyişmələrinin Xəzər dənizinin səviyyə tərəddüdünə təsiri və yaratdığı ekoloji problemlər” mövzu ilə çıxış edib.

Regionşünaslıq kafedrasının müəllimləri- Əminə İmanzadə  “Xəzər dənizinin fiziki-coğrafi səciyyəsi”,  Ülviyyə Yaşarlı  “Xəzər dənizinin tədqiqat tarixi”, Lalə Xanseyidova  isə “Xəzər dənizinin çirklənməsinin yaratdığı ekoloji problemlər” mövzularında çıxış ediblər. 

Tədbir boyunca mövzularla bağlı slayd və video çarx göstərilib. 

Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı  professor İbrahim Kazımbəyli də mövzu ilə bağlı fikrini bildirib.

Tədbir müzakirələrlə yekunlaşıb.