Tələbələr Azərkosmos Peyk Yerüstü İdarəetmə Mərkəzində təlim keçiblər
Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Aysel Nəhmətovanın rəhbərliyi ilə “Region (Qafqaz) ölkələrinin coğrafiyası” fənninin tədrisi ilə əlaqədar, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin, Qafqazşünaslıq ixtisası üzrə təhsil alan I kurs, 175A, 175B, 176R qrup tələbələri “Regionun iqtisadi-coğrafi tanınması, Azərbaycanın regionda iqtisadi-coğrafi üstünlüyü” mövzusunda Azərkosmos Peyk Yerüstü İdarəetmə Mərkəzində təlim keçiblər.
Təlimdə tələbələrə Azərkosmosun regionun iqtisadi həyatında rolu, Azərbaycanın milli kosmik sənayesinin tarixi, halhazırda orbitdə olan peyklərimiz: -Azərcosmos 1, Azərspace, Azərcosmos 2 peyklərinin data-basenin (məlumat bazası) necə formalaşması və saxlanılması, xidmət verdikləri sahələr (telekommunikasiya xidməti və həlləri, yerin məsafədən müşahidəsi xidməti və həlləri, teleport xidməti, BQS xidmətləri, İdarəolunan xidmətlər), maarifləndirici və innovativ layihələr (CanSet Azərbaycan, Rocketry Azərbaycan, Qadınlar STEM-də 2023 və s.), Azərbaycandakı Yerüstü Peyk İdarəetmə Mərkəzləri, onların yerləşdiyi coğrafi koordinatları, fəaliyyəti, haqqında məlumat aldılar. Peyk antena sahəsində əyani müşahidələr apardılar. Tələbələr kosmik tullantılar və kosmik sahədə karyera imkanları haqqında suallar verib, məlumat alıblar.
Təlimin sonunda qrup rəhbəri Aysel Nəhmətova tələbələrə Azərkosmosda ixtisaslarına uyğun departamentdə təcrübə təşkil olunması ilə bağlı Azərkosmos rəhbərliyindən icazə alıb.