XƏBƏRLƏR

ADU – da Ümumdünya Psixi Sağlamlıq günü qeyd olunub

11 oktyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya kafedrası tərəfindən Təhsil fakültəsinin müəllim və tələbə kollektivinin iştirakı ilə Ümumdünya Psixi Sağlamlıq gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Psixologiya kafedrasının müdiri Ceyhun Alıyev psixi sağlamlıq haqqında geniş məlumat verib. O psixi sağlamlığın insanın özü və çevrəsi ilə huzur içində yaşaması, qarşılaşdığı çətinlikləri dəf edə bilməsi və yaşadığı cəmiyyətə töhfə verərək yaşaya bilməsi kimi izah edib. İnsanların psixi sağlamlığının - XXI əsrin əsas məqsədinə çevrildiyini qeyd edən Ceyhun Alıyev gənc nəslin psixi sağlamlığının qorunmasını həm də dövlətin və millətin təhlükəsizliyi məsələsi olduğunu bildirib.

 Daha sonra Təhsil fakültəsinin təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələrinin mövzu ilə bağlı maarifləndirici çıxışları dinlənilib.

Tədbirdə Təhsil fakültəsinin dekan əvəzi Ş.Babayeva, Psixologiya kafedrasının müəllimləri Ş.Qasımova, S.Bəylər, Mülki müdafiə və tibbi biliklər kafedrasının müəllimi Rəna Əhmədova mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edilib ki, 1992-ci ildən etibarən  Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə  10 oktyabr Psixi Sağlamlıq günü kimi BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib.