XƏBƏRLƏR

ADU-nun müəllimi “Elmi-kütləvi ədəbiyyatın tərcüməsi: Reallıqlar və çətinliklər” mövzusunda çıxış edib

10 oktyabr, 2024

X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mahirə Hacıyeva “Elmi-kütləvi ədəbiyyatın tərcüməsi: Reallıqlar və çətinliklər” mövzusunda filoloq və tərcüməçi olaraq çıxış edib. 

Çıxış zamanı tərcümə prosesində yaranan terminoloji problemlərdən, mədəniyyətlərarası fərqliliklərdən bəhs edən M.Hacıyeva tərcümə edilən sahə üzrə məlumatlılığın vacib olduğunu vurğulayıb. Bundan başqa, M.Hacıyeva tərcümə etdiyi əsərlərdən də söz açaraq, Bapsi Sidvanın "Buzlu nabat satan", Möhsin Hamidin "Könülsüz fundamentalist", Dana Suskindin "30 milyon söz" və s. tərcümələri haqqında da məlumat verib, iştirakçıların suallarını cavablandırıb. 

Təqdimat müzakirələrlə yekunlaşıb.