ADU-nun müəllimləri Lənkəranda məzunlarla görüş keçirib
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə həyata keçirilən ADU-nun məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi fonunda əlavə təhsil, təcrübə və karyera şöbəsi və tərcümə fakültəsinin təşkilatçılığı ilə universitetin Tərcümə fakültəsinin nəzdində Müasir dillər kafedrasının müəllimləri, dosent Təranə Həsənova və baş müəllim Nurlana Heybətova, Lənkəran şəhər 1 nömrəli məktəbdə ADU-nun 30 məzunu ilə təlim keçiblər.
Təlim, dinləmə, tələffüz, oxu və yazı bacarıqlarının formalaşması və inkişafına həsr olunub.
Tədbirdə ADU-nun müəllimləri Lənkəranlı həmkarları ilə təcrübələrini bölüşərək, məzunlara peşəkar məsləhətlər veriblər.
Təlimin interaktiv formatda keçirilməsi iştirakçılara bacarıqlarını praktik olaraq tətbiq etmək imkanı yaradıb. Bu da onların iş fəaliyyətində daha uğurlu olmalarına kömək edəcək.
ADU-nun bu təşəbbüsü, məzunların peşəkar inkişafına dəstək olmaqla yanaşı, regionlarda təhsil keyfiyyətinin artırılmasına da töhfə verməyi hədəfləyir. Təlimin uğurlu nəticələri gələcəkdə bu kimi tədbirlərin davamlı olaraq keçirilməsini zəruri edir.