ADU X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Oktyabrın 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin (Baku International Book Fair 2024) açılış mərasimi olub.
Azərbaycan Dillər Universiteti sərgidə hər il olduğu kimi bu il də fəal iştirak edir. Sərgidə Universitetin professor-müəllim heyətinin yaradıcılığı əks olunur.
Oktyabrın 2-8 tarixlərində təşkil edilən sərgidə müasir akademik və elmi kitabxana konsepti bazasında ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi yüzdən çox çap kitab kolleksiyası nümayiş etdirilir.
Sözügedən sərginin kitabsevərləri bir araya gətirəcəyini və elmi təxəyyüllərini canlandıracaq ADU ailəsini stendimizə baş çəkməyə dəvət edirik.
Qeyd edək ki, kitab sərgisi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə danışıqlar aparmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.

















