XƏBƏRLƏR

Təhsil fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib

02 oktyabr, 2024

Azərbaycan Dillər Universitetində Psixologiya kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə Təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alan birinci kurs tələbələri ilə görüş keçirilib.

 Görüşdə həmin ixtisasın təhsil sistemi, eləcə də məktəb, ailə və cəmiyyətin həyatındakı cari və perspektiv əhəmiyyəti barədə tələbələrə geniş məlumat verilib.

Psixologiya kafedrasının müdiri Ceyhun Alıyev məktəb psixoloqunun missiyası, fəaliyyət dəyərləri  ilə bağlı tələbələri məlumatlandırıb.

 O nların əsasən şagirdləri öyrənməyə, sağlam davranışa və psixi sağlamlığa təşviq etməsini, müəlllimlərin isə daha yaxşı öyrətmə qabiliyyətinin dəstəkləmələrinin peşə borcu olmasının tələbələrin nəzərinə çatdırılıb.

Daha sonra görüşdə iştirak edən Təhsil fakültəsinin dekanı vəzifəsini icra edən Şəlalə Babayeva, kafedranın müəllimləri Lalə Sadıxova, Siddiqə Bəylər tələbələrin daha yaxşı mütəxəssis olmaları üçün zəruri olan intellektual bacarıqları, təlmi vərdişləri ilə bağlı tövsiyyətlərini veriblər.

 Görüş tələbələrin ixtisas seçimi ilə bağlı fikirləri, arzu və təklifləri ilə davam  edib.