XƏBƏRLƏR

ADU-nun tələbələri şəhid Elvin Bayramovun məzarını ziyarət ediblər

01 oktyabr, 2024

Azərbaycan Dillər Universitetinin  Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin kollektivi  27 Sentyabr- Anım Günü ilə əlaqədar olaraq  məzun şəhidimiz Elvin Bayramovun öncə ailəsini, sonra isə  məzarını ziyarət edib.

Tələbələr şəhidin məzarı üzrərinə gül dəstələri qoyublar.

 Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin  tələbələri- 283-cü  qrupdan Sunay Axundov, 273- cü qrupdan Süleyman Nəhmədli, 276-cı qrupdan isə Rəsul İbrahimov şəhidin ailəsi ilə birlikdə Biləcəri məzarlığında şəhidlər üçün keçirilən anım tədbirində də iştirak ediblər.

 Ərazi bütövlüyümüz uğrunda gedən 44 günlük müharibə nəticəsində azad yaşamağımız üçün canlarından keçən Şəhidlərimizi hörmətlə anırıq.