XƏBƏRLƏR

Tələbələr Muzey Mərkəzində olublar

01 oktyabr, 2024

 Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının baş müəllimi  Diana Hüseynzadə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 464r, 279r qrup tələbələri ilə birgə Muzey Mərkəzində olublar.

Onlar "Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi"adlı sərgiyə qatılıblar. Ekskursiya zamanı Azərbaycan abstraktsionist rəssamlarının əsərləri ilə tanış olublar.

Burada Mir-Nadir Zeynalov, Cavad Mircavadov, Elvin Aslanov, Ucal Haqverdiyev kimi məcazi və obyektiv istiqamətlərdə çalışan bir çox başqa rəssamların əsərləri təqdim olunub.

Sonra tələbələr Muzey Mərkəzində yerləşən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin sərgisinə baxıblar. Muzeyin musiqi eksponatları, tar, kamança, saz, qaval, qoşanağara, zurna, ney kimi milli musiqi alətləri ilə yanaşı, əsa-tar, asa-saz kimi qeyri-adi alətlər, o cümlədən, qrammofon, patefon və qramplastinkalara baxış keçirilib.

Peşəkar Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov, milli peşəkar vokal məktəbinin korifeyi Bülbül, görkəmli bəstəkar Qara Qarayev, Fikrət Əmirov və başqalarına məxsus müəllifin nota əlyazmaları, yazıları, şəxsi əşyaları, afişaları, təsviri sənət əsərləri, notaları, kitabları və digər eksponatları ilə tanış olublar.