XƏBƏRLƏR

27 sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçrilib

27 sentyabr, 2024

  Sentyabrın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsi dekanlığı və İngilis dilinin leksikologiyası, Alman dilinin leksikologiyası və üslubiyyatı, İngilis dilinin fonetikası kafedralarının birgə təşkilatçılığı ilə 27 sentyabr- Anım gününə həsr olumuş dəyirmi masa keçirilib.

Tədbirdə İngilis və alman dilləri fakültəsinin dekanı vəzifəsini icra edən dosent Gülmar İsrafilova, dekan müavinləri fil.f.d. Elnarə Putayeva, Lalə Həsənova, İngilis dilinin leksikologiyası kafedrasının müdiri vəzifəsini icra edən professor Fikrət Cahangirov, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Xuraman Əsgərova, İngilis dilinin fonetikası kafedrasının müdiri, dosent Xatirə Qocayeva, fakültənin profesor-müəllim heyəti və tələbələri iştirak ediblər.

  Tədbiri giriş sözü ilə professor Fikrət Cahangirov açaraq qeyd edib ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, cənab prezident İlham Əliyev 27 sentyabr Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım günü kimi qeyd olunması ilə bağlı 2 dekabr 2020-ci il tarixində sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmlarına ali ehtiramın göstəricisidir.

  Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Elxan Yusifov  çıxış edərək bildirib ki, 27 sentyabr təkcə 44 günlük müharibənin başlanğıcı deyildi. Bu, Azərbaycanın suverenliyinin bərpasına gedən yolun, erməni seperatçılarının məhv olunmasına istiqamətlənən əməliyyatların başlanğıcı idi. Ona görə də 27 sentyabr Azərbaycan tarixində hər zaman qürur günü kimi xatırlanacaq.

  İngilis dilinin leksikologiyası kafedrasının baş müəllimi Mülayim Bağıov vurğulayıb ki, 44 günlük müharibə nəticəsində Azərbaycan ordusu Müzəffər ali baş komandanının rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.

  Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti və eyni zamanda şəhid bacısı Gülənbər Pirnəzərova şəhid qardaşı Rizvan Pirnəzərov haqqında xatirələrini bölüşərək deyib ki,  44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.Vətən müharibəsində 2908 Azərbaycan hərbiçisi şəhid oldu, 1000-dən çox əsgər yaralandı, 7 nəfər itkin düşdü.

       İngilis dilinin fonetikası kafedrasının baş müəllimi Gülnarə Səfərova çıxışında göstərib ki, sonrakı illərdə erməni seperatçıları yenidən Qarabağ ərazisində baş qaldırmağa cəhd göstərdilər. Ancaq onların da başı elə sentyabr ayında cəmi 23 saat ərzində əzildi.
         Tədbirin sonunda, İngilis və alman dilləri fakültəsinin 314 B qrup tələbəsi Məmmədli Abdullah şəhid Rizvan Pirnəzərovun “Naməlum əsgərin məzarı üstə” şeirini, 306 B qrup tələbəsi Xankişiyeva Nisa “Şəhidlər” şeirini, İngilis və fransız dilləri fakültəsinin tələbəsi 225 B qrup tələbəsi Novruzova Aysun “Şəhidin son sözü” şeirini səsləndiriblər.