XƏBƏRLƏR

“Sillabusların tədrisin keyfiyyəti meyarlarına uyğunluğu” mövzusunda təlim keçirilib

26 sentyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində Xarici ölkələr ədəbiyyatı, Avropa dilləri və Xarici dillərin tədrisi metodikası kafedralarının birgə təşkilatçılığı ilə “Sillabusların tədrisin keyfiyyəti meyarlarına uyğunluğu” mövzusunda təlim keçirilib.

Təlim Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri dosent Fatma Qurbanzadənin iştirakı ilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, professor Həmidə Əliyeva mövzunun aktuallığı və bu sahədə  müəllimlərin məlumatlandırılmasının vacibliyi haqqında danışıb, sillabusların tərtibində qarşıya çıxan çətinliklər haqqında qeydlər edib. 

Fatma Qurbanzadə sillabusların tərtibindəki əsas məqamlar və sillabusun bölmələri haqqında məlumat verib, yazılış qaydalarını izah edib.

Təlim müəllimlərin sual və təklifləri ilə davam edib.