XƏBƏRLƏR

ADU-da qrup nümayəndələri ilə görüş keçirilib

25 sentyabr, 2024

Azərbaycan Dillər Universitetində (ADU)  İngilis və alman dilləri fakültəsi və Elmi Kitabxana və İnformasiya Xidməti mərkəzinin birgə təşkilatçılığı ilə birinci kurs qrup nümayəndələri ilə görüş keçirilib.

Görüşdə EKİXM-nin direktoru Cəmilə Əliyeva, İngilis və alman dilləri fakültəsinin dekan müavini fil.f.d. Elnarə Putayeva və fakültənin tyutorları iştirak edib.

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva birinci kurs tələbələrini tələbə adını qazanmaları münasibətilə təbrik edib. EKİXM-nin tələbələrə kitabxana imkanlarından səmərəli istifadə üsulları haqqında məlmat verib. 

İnformasiya və Rəqəmsallaşdırma şöbəsinin müdiri Səkinə Həsənova Kitabxana saytı, e-katoloq və rəqəmsal arxiv, e-kitabxana barədə məlumatlandırıb. EKİXM-in elmi bazalarının hər bir tələbə üçün əlçatan olduğunu qeyd edib. 

Oxu zalının bölmə müdiri Güllüzar Məmmədova, kitabxananın əməkdaşları Elşən Hüseynli və Zülfiyyə Məmmədova kitabxananın xidmət şöbəsi və oxu zalından istifadə qaydalarını əyani şəkildə tələbələrin nəzərinə çatdırıb.  

Daha sonra dekan müavini fil.f.d. Elnarə Putayeva tələbələrə tədrisin təşkili ilə bağlı məlumat verib və onları maraqlandıran sualları cavablayıb. Həmçinin, onları tələbə adını qazanmaları münasibətilə təbrik edib.