XƏBƏRLƏR

ADU-nun tələbələri ERASMUS+ proqramı çərçivəsində xaricdə təhsillərini uğurla başa vurublar

12 sentyabr, 2024

Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsinin 4-cü kurs tələbələri- Aytən Məcidova və Elvin Məmmədov ERASMUS+ proqramı çərçivəsində xaricdə təhsillərini uğurla başa vurublar. 
2023-2024 tədris ilinin yaz semestri ərzində Aytən Məcidova Rumıniyanın Sibiu şəhərində yerləşən Lucian Blaga Universitetində, Elvin Məmmədov isə İaşi şəhərindəki Alexandru İoan Cuza Universitetində  təhsil alaraq öz bilik və bacarıqlarını beynəlxalq müstəvidə inkişaf etdiriblər.

Hər iki tələbə akademik və şəxsi inkişaflarına töhfə verən bu təcrübə sayəsində, beynəlxalq təcrübə və mədəniyyətlərarası anlayış əldə ediblər.

Tələbələri uğurları münasibətilə təbrik edir, gələcək karyeralarında daha böyük nailiyyətlər arzulayırıq.