ADU-nun müəllimi Bəxtiyar Vahabzadəyə həsr olunmuş konfransda iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova 16-17 avqust tarixlərində Lerikdə keçirilən Bəxtiyar Vahabzadəyə həsr olunmuş VI "Türk Dünyası Tarix, Mədəniyyət və Ədəbiyyat" Beynəlxalq Konfransı və "Azərbaycanda Davamlı İnkişaf üçün Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi" II Beynəlxalq Elmi Tədqiqatlar Konfransında iştirak edib.Konfrans Bakı Avrasiya Universiteti (BAAU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. Konfransda Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarından, həmçinin dünyanın müxtəlif ölkələrindən alim və ziyalılar iştirak ediblər.Tədbirin açılış mərasimində konfransın təşkilat komitəsinin sədri Bakı Avrasiya Universitetnin elmi işlər üzrə prorektoru, prof. Gülzar İbrahimova, Lerik Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun Azərbaycan təmsilçisi f.ü.f.d. Elvan Cəfərov çıxış ediblər. Çıxışlarda konfransın məqsədindən və əhəmiyyətindən danışılıb.Konfransın bölmə iclasında "XIX əsr Fransa memarlığı və heykəltəraşlığının əsas xüsusiyyətləri" mövzusunda çıxış edən Ş.R.Əbdürrəhimova XIX əsrdə Fransadakı tarixi şərait və mövcud cərəyanlardan, bu dövrün məşhur memarlıq və heykəltəraşlıq nümunələrinin tikilməsi tarixindən, hazırkı dövrdə də ölkənin tanınmasında onların xüsusi rollarından bəhs edib.Panel iclaslarda 70-ə yaxın konfrans iştirakçısının məruzəsi dinlənilib, geniş heyətli canlı müzakirələr aparılıb, sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub.Konfrans çərçivəsində fasilələr zamanı iştirakçılar Lerik rayonunun təbiəti, tarixi yerləri, memarlıq abidələri və Lerik tarixi muzeyi ilə tanış olublar.





