XƏBƏRLƏR

ADU-nun müəllim və tələbələri beynəlxalq konfransda iştirak ediblər

25 avqust, 2024

Azərbaycan Dillər Univerisitetinin (ADU) müəllim heyəti, doktorantları və magistrantları Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirak ediblər.22 avqust 2024-cü il tarixində Bakıda keçirilən "Bonaire adalarının BMT- nin Baş Assambleyası vasitəsilə öz müqəddəratını təyinetmə yolu" adlı konfransın əsas məqsədinin kolonial siyasəti dünyaya duyurmaq istəyindən irəli gəldiyi bildirilib.Sözügedən konfransda ADU-nun Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva "Preserving identity and Promoting Sustainable Tourism: Bonaire's Journay to Self-Determination", müəllimləri-  Sara Ələsgərova "Historical background of Bonaire and struggle for self- determination", Nigar Dünyamalılı isə "The effect of food crises as a global problem on Bonaire" adlı mövzularda çıxış edibər.Konfransda,  həmçinin Regionşünaslıq kafedrası müəllimləri- T.u.f.d.T.Quluzadə, dos. R.Rəcəbli, G.Feyziyeva, L.Xanseyidova, N.Məmmədova, Ü. Yaşarlı, A.Seyidova, R.Ələkbərov, M.Həsənzadə, magistrant F.MəlikzadəƏ, doktorantlar- A.Məmmədova, Ş.Mustafayeva, R.Qurbanov iştirak ediblər.