ADU-nun müəllimi konfransda iştirak edib
19 avqust, 2024

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının Beynəlxalq jurnalistika üzrə dosenti, fil.f.d. Aynurə Hüseynova 15-17 avqust 2024-cü il tarixində Lerikdə Bakı Avrasiya Universiteti və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunmuş 2-ci beynəlxalq elmi tədqiqatlar konfransında iştirak edib.
Dosent Aynurə Hüseynova konfransda “Türkiyə türkcəsindən Azərbaycan dilinə keçən sözlərin mətbuatda işlənməsi” mövzusunda məruzə edib.







