XƏBƏRLƏR

ADU-nun tələbələri İspaniyada sertifikatla təltif olunublar

12 avqust, 2024

27 iyul-10 avqust tarixlərində Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Gülnarə Əfəndiyevanın rəhbərliyi ilə həmin fakültənin "Cənubi Amerikaşünaslıq" ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri, İspaniyanın Valladolid şəhərində ispan dili üzrə kurs keçiblər.  Kursun sonunda tələbələr sertifikatla təltif olunublar.Onlar İspaniyada olduqları müddətdə dil öyrənməklə yanaşı, həmçinin müxtəlif şəhərləri və tarixi məkanları ziyarət ediblər.