XƏBƏRLƏR

Yazıçı Rövşən Abdullaoğlunun ADU-nun tələbələri ilə görüşü keçirilib

05 iyul, 2024

ADU Tələbə Gənclər Təşkilatı (TGT) nəzdində Yazarlar klubunun təşkilatçılığı ilə 29 iyun tarixində Sabunçu Gənclər Evində yazıçı Rövşən Abdullaoğlu ilə görüş keçirilib.
Görüşdə dəyərli yazıçı Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” kitabı müzakirə olunub.
Görüş zamanı yazıçı öz ideyalarını oxucuya çatdırmaq üçün hansı üslub və texnikalardan istifadə etməyi, yazıçılıq sənətinin dərin sirləri haqqında tələbələrimizi maarifləndirib.
Həmçinin, görüşdə romanın əsasında çəkilən serialda Bəhruz roluna həyat verən aktyorumuz Kamil Nazim də iştirak edib. O, tələbərimizi aktyorluqla bağlı məlumatlandırıb və onların suallarını cavablandırıb.
Sonda yazıçımız Rövşən Abdullaoğlu oxucuların kitablarını imzalayıb, onlarla həmsöhbət olub və kitablarına dair sualları cavablandırıb.