ADU-nun müəllimləri “Fransız şəhərciyi” adlı təlimdə iştirak ediblər

İyun ayının 25-dən 29-dək Fransanın Azərbaycandakı səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız İnstitutunun təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində fransızdilli müəllimlər üçün hər il olduğu kimi bu il də “Fransız şəhərciyi” (“Village français”) adlı təlim keçirilib.
Təlimdə respublikanın müxtəlif bölgələrindən 100 nəfər fransız dili müəllimi iştirak edib.
Dərslər Fransadan gəlmiş 6 nəfər fransız təlimçinin iştirakı ilə keçirilib. Dərslərdə yeni təlim üsulları və müxtəlif mövzulara dair müasir metodlardan bəhs olunub. Təlimin 3-cü günündə Fransanın Azərbaycan Respublikasındakı xoşməramlı və səlahiyyətli səfiri xanım An Buayon Fransa səfirliyində fransız dilli müəllimlərlə görüş keçirib.
Təlimdə ADU-nun müxtəlif kafedralarının müəllimləri iştirak ediblər. Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasından müəllim Tükəz Piriyeva, s/h müəllim Svetmira Quliyeva, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasından f.ü.f.d., dosent Yeganə Orucova, b/m Vüsalə Əliyeva, b/m Pərvanə Xanızadə, Regionşünaslıq kafedrasından b/m Şəfa Əbdürrəhimova, Fransız dilinin qrammatikası kafedrasından f.ü.f.d., dosent əvəzi Vəfa Quliyeva, b/m Ağabikə Əliyeva, b/m Təranə Kələntərova, Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasından b/m Xədicə Əyyubova, müəllim Nəzrin Rəhimova, s/h müəllim Cəmilə Xaspoladova, Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasından b/m Nuranə Məmmədova, Xarici ölkələr ədəbiyyatı kafedrasından b/m Yaqut Qurbanova, b/m Gülşən Bağırova, müəllim Aynurə Cəbiyeva, Fransız dilinin leksikologiyası kafedrasından baş laborant Ləman Rüstəmova iştirak ediblər.
Sonda ADU-nun Təhsil 1 fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, ictimai əsaslarla fəaliyyət göstərən “Azərbaycan Fransız dili Müəllimləri Assosiasiyası”nın (AFMA-nın) prezidenti Gülbəniz Camalova da təlimçilərlə görüşüb.

























