Ülfət İbrahim Sankt-Peterburq Dövlət Universitetində təlim keçib
Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor Ülfət İbrahim 21 iyun tyarixində Sankt-Peterburq Dövlət Universitetində keçirilən tərcümə üzrə V Yay məktəbində təlimçi qismində müəllim, tədqiqatçı, aspirant və tələbələr qarşısında çıxış edib.
O, “Müasir Fransa gündəlik qəzetlərində ictimai, siyasi, ixtisar və akronimlərin tərcümə üsulları” mövzusunda təlim keçib.
Təlim Rusiya və xaricdən cəlb olunmuş peşəkar tərcüməçi və müəllimlər tərəfindən müxtəlif seksiyalar üzrə (fransız, çin, türk, ərəb, italyan, alman, ispan, fars, hindi, koreya) aparılmışdır. Tərcümə üzrə V Yay məktəbi Sankt-Peterburq Dövlət Universitetinin Xarici Dillər fakültəsinin dekanı professor Svetlana Rubtsova və universitetin nəzdində fəaliyyət göstərən tərcümə məktəbinin direktoru Kseniya Anisimova tərəfindən təşkil olunub. Çıxış edənlər son dövrdə tərcümə peşəsinin yeni çağırışları və müasir tələbləri haqqında geniş məlumat veriblər.
Peşəkar və tanınmış tərcüməçilər tərəfindən onlayn formatda aparılan ustad dərslər, dəyirmi masalar, çıxışlar və təlimlər auditoriyada maraqla qarşılandığı bildirilib.