“Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib
Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin yekun hesabat konfransı keçirilib.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Konfransı giriş nitqi ilə Bakı Biznes Universitetinin rektoru professor İbad Abbasov açıq elan edib. Rektor 2020-ci ildən layihənin 16 həlledici səs hüququna malik yerli ali təhsil müəssisəsinin iştirakı ilə fəaliyyətə başladığını, 2024-cü ilə qədər isə bu sayın 21-ə çatdığını vurğulayıb. Layihənin əsas məram və məqsədi Azərbaycan ali təhsil müəssisələri arasında şəbəkələşmə və əməkdaşlığın inkişaf etdirilməsi olub.
Daha sonra Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Biznes Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov və Universitet-sənaye əməkdaşlığı departamentinin direktoru Gülşən Bayramova, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyətinin sədri Elnur Səfərli və xarici tərəfdaşlar nitqlə çıxış ediblər.
Azərbaycan Dillər Universitetinin yekun konfransda tədris işləri üzrə prorektor Kifayət Hacıyeva, beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova, Elm şöbəsinin müdiri Sevda İmanova və layihə meneceri, Regionşünaslıq kafedrasının baş müəllimi Bəyim Abdulla iştirak ediblər.